İyunun 21-29-də Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yerləşən Yanğından Mühafizə hissələrinin qüvvələri ilə birgə təlim keçirib.
FHN-dən verilən məlumata görə, təlimin keçirilməsində məqsəd baş verə bilən fövqəladə hadisələrlə mübarizə üzrə qarşılıqlı fəaliyyətin təşkili və fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı şəxsi heyətin peşəkar vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlimdə xilasedicilər təlim planına uyğun olaraq qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetiriblər.
Sonda şəxsi heyətin fəaliyyəti təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Azərbaycanda su qıtlığı problemi… – BCG
Azərbacan hökuməti su qıtlığı probleminin həllinə ardıcıl olaraq sərmayə qoyur, onun həlli ölkənin əsas məqsəd və prioritetlərindən biridir. Elchi.az xəbər...