Feysbuk – Azərbaycanda lideri

68

Azərbaycanda Yutub istifadəçilərinin fəallığı ilin əvvəlindən 94 faiz azalıb.1410699578

 

Bu barədə Trend “Global Stats” statistika mərkəzinin məlumatına istinadən xəbər verir.

 

Avqustun sonuna Azərbaycanda Yutub şəbəkəsinin bazar payı 0,41 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 95,4 faiz azdır. Yutubdan istifadənin ən böyük aktivliyi iyunda (40,5 faiz) qeydə alınıb.

 

Yanvar-avqust aylarında aktivliyin 45,8 faiz artımı Feysbuk sosial şəbəkəsi istifadəçilərində qeydə alınıb. Feysbuk Azərbaycanda sosial resurslar arasında populyarlığa görə birinci yeri tutur və onun bazar payı sentyabrın əvvəlinə 94,87 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 31,3 faiz çoxdur.

 

Tvitter sosial şəbəkəsi 2,36 faizlik bazar payı ilə ikinci yeri tutur. Sonrakı yerləri Tumblr – 0,82 faiz, Pinterest – 0,56 faiz, Vkontakte – 0,29 faiz, Odnoklassniki – 0,19 faiz və digər sosial şəbəkələr tuturlar.