Felgenhauer: Nikol haqlıdır, İsgəndər qeyri-effektivdir

4

Həqiqətən İsgəndər raketi ətrafında piyar çoxdur, amma reallıqda bu raket möcüz silah deyil.

Elchi.az xəbər verir ki, bunu “Haqqin.az”a müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer Paşinyanın İsgəndərlərlə bağlı son çıxışını şərh edərkən deyib.

“İsgəndərin tətbiq təcrübəsi var, amma böyük deyil. Qafqazdakı müharibələrdə çox sayda Toçka-U raket kompleksi istifadə olunub. Bu, İsgəndər komplekslərinin analoqudur, fərq yalnız raketlərin uçuş məsafəsindədir. Toçka-U-da uçuş məsafəsi 120 kilometrdir. İndi orduda Toçka-U İsgəndərlə əvəz olunub.

Toçka-U aktiv şəkildə II Çeçen Savaşında istifadə edilib. Təxminən 200-300 atəş açılıb.

2008-ci ildə Gürcüstanla müharibədə Toçka-U-dan Rusiya tərəfi kütləvi istifadə edib. Təxminən 60 atəş olub. Bu savaşda həmçinin İsgəndər komplekslərindən də bir və ya iki dəfə atəş açılıb. Bəzən yaxşı hədəfə tuş gəlir və böyük itkilər olur, bəzən isə kompleks tamam faydasız olur. İsgəndərin tətbiqi həlledici nəticələrə gətirib çıxarmır, o, ilk növbədə nüvə döyüş hissəsinin tətbiqi üçün nəzərdə tutulub. Nüvə silahı kimi o effektivdir. Bir-iki raket bəs edir ki, güclü zərər vurasan” – deyə o bildirib.

Felgenhauerin sözlərinə görə, hələ də Ermənistana İsgəndər-M yoxsa İsgəndər-E verildiyinə dair heç bir rəsmi açıqlama yoxdur. Bununla belə bu raketlərin nüvəsiz variantının bəzən uğurlu, bəzən də uğursuz olduğu bildirib. O, Suriyada belə raketlərin döyüşçülərin üzərinə görüntü yaratmaq məqsədiylə buraxıldığını deyib. Hərbi ekspert ermənilərin də son Qarabağ savaşında bu silahdan yararlandığını amma az effektli olduğunu bildirib:

“Rusiyanın bunu eşitməsi xoş deyil. Rəsmi cavab olmayacaq. Ekspertlər deyəcəklər ki, ermənilər rus silahını nüfuzdan salırlar, çünki özləri heç nə edə bilmirlər. Bu və ya digərlər bu mübahisədə haqlıdırlar. Həqiqətən erməni ordusu hazırlıqlı deyildi, onun hədəf təyinatı yox idi, bu raket isə nüvə başlıqsız olanda effektiv deyil. Belə raketləri nüvə başlıqsız istifadə edən zaman kütləvi atəş açmaq lazımdır”.

O, Paşinyanın İsgəndərlə bağlı dediklərinin müəyyən mənada həqiqət olduğunu bildirib:

“Bir daha deyirəm ki, bu silah ilk növbədə nüvə başlıqla istifadə üçün nəzərdə tutulub ki, bu onun bütün çatışmazlıqlarını kompensasiya edir. Silahın 80-ci illərdə hazırlanması həqiqətdir. İstehsala 2000-ci illərində əvvəllərində başlanıb.