Eyvazov tanınmış idmançıya vəzifə verdi

50

Tanınmış idmançı Eduard Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Elchi.az xəbər verir ki, bu barədə idmançının özü məlumat yayıb.

O bildirib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki Zemfira Meftahətdinovadır.