SSRİ-dən ayrılıb 1.3 milyon əhalisiylə Şimali Avropa ailəsinə qatılan Estonya, bu günlərdə hökumətin zirvəsində yaşanan skandalla çalxalanır.
“Elchi.az” xarici mətbuata istinadən bildirir ki, hətta bulvar qəzetlərinin belə nəşr olunmadığı ölkədə hazırda gündəmin əsas müzakirə mövzusu 2006-cı ildən bəri Prezident kimi fəaliyyət göstərən 60 yaşlı Tomas Hendrik Ilvesin həyat yoldaşı Evelin Ilvesin başqa bir kişi ilə açıq-aşkar öpüşməsidir. Prezident xaric səfərdə olarkən 46 yaşılı First Lady Evelin Ilves 7 Avqust tarixində paytaxt Tallinndə kafelərdən birinə gedib.
SƏHƏRƏ YAXIN SƏHNƏDƏ ÖPÜŞDÜLƏR
Xəbərə görə, kafenin gözəgəlimli yerində masa sifariş edən First Lady-nin zaman irəlilədikcə əhvalı dəyişməyə başlayıb. O, əvvəlcə rəqs etməyə başlayıb. Daha sonra bir kişilə yaxınlaşan Evelin bütün gecə bu adamla səmimi şəkildə rəqs edib. First Lady səhərə yaxın da özündən yaşca kiçik həmin şəxslə öpüşməyə başlayıb.
Kafedəkilər First Ladyın eşqbazlığını saniyə saniyə telefon və kameraların yaddaşına yazıblar.
Skandal Estonya mətbuatında bomba kimi partlayıb. “Kroonika” jurnalı birinci səhifədən First Lady-nin öpüşərkən çəkilmiş fotoşəkillərini dərc edərək “First Lady evli olduğunu unudaraq kafenin səhnəsində naməlum adamla öpüşdü” deyə ilk xəbəri yayımlayıb.
ÜZR İSTƏYİB ÖLKƏNİ TƏRK ETDİ
Bu hadisəyə Prezident və aparatı heç bir açıqlama verməyib. Prezident Adminstrasiyasının Twitter hesabı skandalı görməzlikdən gələrək, “Rusiya Ukraynaya müdaxilə edir”, “Dünyanın ən gözəl velosipedləri” kimi mesajlar paylaşıb. Lakin təzyiqlərə tab gətirməyən “First Lady” “Facebook”da açıqlama verməyə məcbur olub. Statusunda “Hazırda həyatımın ən çətin anlarını yaşayıram. Zərər verdiyim hər kəsdən, bütün ölkəmin gözü qarşısında üzr istəyirəm” ifadələrinə yer verən Firs Lady bundan sonra Estoniyanı tərk edib.Onun 10 yaşlı qızıyla birlikdə Almaniyaya getdiyi bildirilir.