Ermənistanın Aştarak şəhərində bankda baş vermiş partlayış və yanğında bir nəfər ölüb, beş nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.
***
09.47
Ermənistanın Aştarak şəhərində banklardan birində yanğın baş verib.
Elchi.az xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında bank binasında əvvəl partlayış baş verdiyi, ardınca yanğın başladığı barədə məlumat yayıb.
Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
Təfərrüatlar hələlik açıqlanmır.