“Ermənistan elan etdi: orduya könüllülər yığmağa başladı. Onda bir detalı bölüşüm: Deməli, davam edəcək”.
Elchi.az bildirir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli FB hesabında qeyd edib:
“İkincisi, onlar nəyə davam edəcək? Bunu bir az açaq:
Fikrimcə, Razdan meydanında başda Koçaryan olmaqla Paşinyanın devrilməsinə hazırlıq gedir. Nikolun KTMT-yə müraciəti də hələ ki, havada qalıb.
Onda düşünə bilərik ki, Rusiya KTMT ordusunu Er-na göndərəcək, bunun əvəzinə isə Paşinyan və silahdaşı Suren Papikyan könülləri toplayır. Bu könülsüz qrupu peşəkar ordunun edə bilmədiyinimi edəcək?
İmkansızdır.
Onda ağla iki versiya gəlir:
Paşinyan öz tərəfdarlarını cəbhədə vuruşmaq üçün könüllü adıyla silahlandırır.
Rusiya da kömək adı ilə KTMT, olmazsa, Gümrüdəki əsgərləri ortaya çıxardır.
Məntiq məhz budur: Ermənistan vətəndaş qarşıdurmasına gedir”.
Yeganə