Ermənistanın Xarici İşlər Nazirliyi Rusiya səfirliyindən nota alıb.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan bildirib.
Onun sözlərinə görə, Rusiyaya tezliklə müəyyən edilmiş qaydada cavab veriləcək.
Xatırladaq ki, avqustun 17-də Rusiya Ermənistana etiraz notası verib. Notada İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışa görə Rusiyaya qarşı səsləndirilən ittihamlardan narahatlıq ifadə olunub.
“Məqsəd Rusiya-Ermənistan müttəfiqlik münasibətlərini pozmaqdır. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin, o cümlədən zəruri ictimai şərhlərin qarşısını almaq üçün addımlar gözləyirik”, – notada qeyd olunub.