“Azərbaycan ordusuna qarşı xain şəbəkə iş başındadır. Çünki cəbhədə əsas işi məhz əsgər görür, deməli məhz onu qaralmaq lazımdır”.
Elchi.az xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Feysbuk hesabında bildirib:
“Montaj edilmiş video yayılır, burdan da ölkədəki şəbəkə Azərbaycan hərbçisini “cinayətkar” adlandırır. Adamı onların satılması yox, kimə satılması yandırır. Erməni xüsusi xidmət orqanlarına. Özü də hansı günlər arxadan bıçaq vururlar. Çətindir, amma biz bütün müharibələri qalibiyyətlə başa vuracağıq. Prezident Avropaya gedir – qaz sazişi bağlamağa. Ceyhun Bayramov mövqeyi darmadağın edilmiş erməni həmkarı ilə görüşür. Belə yerdə video çıxır. Nəhayət, mövzu Ermənistanın neçə gündür sərhədə yığdığı ağır texnikadır ki, təxribata hazırlaşırlar. Axı mövzu bu olmalı deyilmi?”.
Yeganə