“Dağlıq Qarabağda baş verən hadisələri bizi narahat edir və insanların ölümünə kədərlənirik. Tərəfləri dərhal atəşkəsə əməl etməyə və sülh danışıqları üçün müzakirələrə başlamağa çağırıram”.
Xarici KİV xəbər verir ki, bu sözləri AŞPA sədri Pedro Aqramunt cəbhədəki olaylarla bağlı bəyanatında bildirib.
AŞPA sədri Azərbaycanın birtərəfli atəşkəs qərarı verməsi ilə bağlı xəbəri məmunluqla qarşıladığını diqqətə çatdırıb.
“BMT Təhlküəsizlik Şurasının qərarına uyğun olaraq ermənilərin işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilmələri çağırışını edirəm” – deyə Pedro Aqramunt qeyd edib.