Ermənistan parlementinin spikeri Alen Simonyan Kiprdə narazılıqla qarşılanıb. Bu barədə erməni mediası məlumat yayıb.Bildirilir ki, erməni diasporu və Yunanıstanda yaşayan ermənilər Simonyanın səfərinə etiraz ediblər.
– Kipr ermənisi Akop Manukyan sosial şəbəkədəki səhifəsində Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Kiprdə necə qarşılanmasını əks etdirən video yerləşdirib.
Əllərində plakatlar tutmuş etirazçılar “Satqınlar”, “Erməni qatilləri”, “Sizi burada görmək istəmirik” kimi şüarlar səsləndiriblər. Alen Simonyan maşından düşərkən təhqiramiz ifadələr də eşidilib. Kipr erməniləri daha çox Paşinyan rejimini pisləyən plakatlar qaldırıblar.