“Prezident İlham Əliyevin Laçın rayon mərkəzində dövlət bayrağımızı ucaldan zaman söylədiyi aşağıdakı fikirlər dövlətimizin mövqelərinin bir tərəfdən, tarixi, siyasi- diplomatik, meydanda nə qədər güclü olduğunu, qətiyyətini, digər tərəfdən isə Ermənistanın “ya etməlisən, ya da etməlisən” çıxılmaz vəziyyətə düşdüyünü göstərir”.
Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili Musa Qasımlı FB hesabında bildirib:
“Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər.
Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının – Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir”.
Yeganə