44 günlük Vətən müharibəsində ölən hərbçilərin yaxınları öz Feysbuk səhifələrində aksiya təşkil ediblər. Onlar sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədindəki toqquşmada ölən hərbçilərin adlarının açıqlanmasını tələb edirlər.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Sərhəddə baş verən toqquşmanın üstündən bir həftə keçməsinə baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi dəqiq rəqəmlər və adlar təqdim etmir. Bildirilir ki, Ermənistan tərəfinin itkiləri barədə heç bir məlumat yoxdur”, – məlumatda qeyd olunub.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan isə mətbuata açıqlamasında deyib ki, nazirlik yalnız aparılan dəqiqləşdirmələrdən sonra məlumatlar verir.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan toqquşmalar nəticəsində 135 nəfər erməni hərbçisinin öldüyünü demişdi. Paşinyanın bu rəqəmlərin hələ son olmadığını xüsusilə vurğulamışdı.
Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir
Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin plastdarmına çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı yaratmalıdırlar. Elchi.az xəbər verir ki,...