“Gecə saatlarından başlayan toqquşmalar düşmən tərəfin iyul ayının sonlarından başlayaraq Qərbi Zəngəzurda və Qarabağda etdiyi davamlı təxribatların məntiqi nəticəsidir. Ona görə də gözlənilən idi”.
Elchi.az-ın məlumatına görə, bu fikirləri “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov Feysbuk hesabında bildirib:
“Belə görünür ki, haylar ağıllarını başlarına yığmaqdan hələ çox uzaqdırlar. Onların beyinlərini silkələmək, revanşist sərsəmləmələrə son qoymaq üçün Azərbaycan əsgərinin belə əks həmlələrinə ehtiyac var.
Əsas odur ki, Şanlı Ordumuz yerindədir. 30 il əvvəlkindən fərqli olaraq düşmənin bütün addımları nəzarət altındadır. Düşmən ona verilən sülh təşəbbüslərini dəyərləndirmək əvəzinə hərbi avantüraya, revanşist təxribata əl atanda isə başında Azərbaycan əsgərinin dəmir yumruğunu görəcək. Düşmən diz çökənə, sülhə gələnə qədər, hətta bundan sonra da həmin yumruğu görməli və aydınca hiss etməlidir.
Eşq olsun Şanlı Ordumuza!”.
Şayəstə