Ermənistanın səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyan ikinci Qarabağ müharibəsində ölən erməni əsgərlərin cəsədlərinin zirzəmidə saxlanılmasına görə, onların ailələrindən üzr istəyib.
Bu barədə Avanesyan açıqlama yayıb.Nazir bildirib ki, bu, onun səhvidir, çünki qalıqların daşınmasından sonra şəxsən onların lazımi şəraitdə saxlanılması ilə məşğul olmayıb.
Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağ müharibəsində ölən erməni hərbçilərin plastik torbalara bükülmüş cəsəd və qalıqlarının əks olunduğu fotolar yayılıb. Həmin torbalar tibbi-ekspertiza mərkəzinin Abovyan bölməsinin zirzəmisində yerə səpələnib. Cəsədlərin görüntüləri Ermənistanda ciddi etirazlara səbəb olub.
Faktla bağlı xidməti araşdırma aparılır.