Elchi.az “News.am”-a istinadən xəbər verir ki, görüşdə “Şərq Tərəfdaşlığı” çərçivəsində qurumla Ermənistan arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda proqrama üzv olan ölkələrin xarici işlər nazirlərinin iyunun 22-də Minskdə keçiriləcək toplantısı müzakirə olunub.
Tərəflər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə ediblər. Qeyd olunub ki, münaqişənin həllinə dair aparılan danışıqlar prosesinin irəliləməsi üçün əlverişli şəraitin yaradılması vacibdir.
Erməni nazir Avropa İttifaqına ATƏT-in Minsk Qrupunun səylərinə kömək etdiyi üçün minnətdarlığını bildirib.