Sabiq spiker, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev
Moderator.az -a açıqlamasında erməni helikopterinin vurulması ilə bağlı fikirlərini bölüşüb.
Moderator.az həmin açıqlamanı olduğu kimi təqdim edir:
“Amerikada bizim erməni helikopterini vurmağımız elədə aktual məsələ deyildir.Hər halda müzakirə mövzusu deyildir.Amerikanın pozisiyasında bir helikopterə görə dəyişiklik ola bilməz. Amerika həmişəki kimi o regionda heç bir müharibənin olmasını istəmir, çünki istənilən müharibə Rusiyanın aqresiyasına gətirib çıxardar. Amerika Rusiyanın Gürcüstana qarşı etdiyi aqressiyanın qarşısında necə aciz qaldığını unutmayıb. Azərbaycandan fərqli olaraq Gürcüstanın Qara dənizlə sərhədi var və ABŞ hərbi gəmiləri Gürcüstana yaxınlaşa bildi, buna baxmayaraq Ruslar istəsəydilər Tiflisi işğal edərdilər. ABŞ Gürcüstanı sözün əsl mənasında müdafiə edirdi. Azərbaycana belə münasibət yoxdur. Birincisi aqresiyanın Ermənistan yox Rusiya etdiyini sübut etmək çətin olacaq. 2-cisi Erməni lobbisi işə düşəcək. 3-cü ABŞ-ın Azərbaycanın insan azadlığı ilə əlaqədar apardığı siyasətdən xoşu gəlmir. Azərbaycan Ukrayna deyildir. Ukraynadan fərqli olaraq Rusiyaya müqavimət göstərmək imkanı yoxdur. Xalq mübariz deyildir, heç bir partizan hərəkatı və sair gözlənilmir. 20 ildən artıqdır 1 milyondan artıq əhalisi olan böyük ərazidə heç bir müqavimət hərəkatı yaranmayıb.
Azərbaycanın Erməni helikopterini vurmağı pozitiv addımdır. Azərbaycan tək atəşkəs sərhəddini keçəndə yox Ermənistanın sərhəddinə qədər istənilən ərazidə istənilən ölkənin icazəsiz uçan istənilən hərbi helikopter, təyyarəsini vurub sala bilər. Ermənilərin atəşkəsmə xəttini keçərək və ya onun yaxınlığında uçması təhqirdir və onların hamısı vurulmalıdır. Dünya o cümlədən ABŞ Ermənistanı provokasiyada günahlandıracaq.Ucan aparatlar azı atəşkəs xəttindən 30 km aralıda uça bilər. Əks təqdirdə onların xətti keçməsinə bir neçə saniyə kifayət edər.”