Ermənistan sülhün təmin edilməsində çətinliklər yaradır – Ceyhun Bayramov

21

Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan davranışları var.

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Milan Layçakı qəbul edərkən deyib.

Nazir qeyd edib ki, Ermənistan tərəfi sülhün təmin edilməsi istiqamətində çətinliklər yaradır.

XİN rəhbəri səfirə azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhlükə olan mina təhdidi, post münaqişə dövründə həyata keçirilən bərpa və quruculuq işləri barədə də məlumat verib.