Ermənistan Qarabağ xəttini özünün dövlət sərhədlərinə çəkməkdədir-Nə etməliyik?

41

“Qarabağ cəbhəsinin iflası ilə Ermənistanla Azərbaycan cəbhə xətti aktivləşib.
Maraqlıdır ki, Qarabağ rayonlarından sonra Gədəbəyin Novoivanovka kəndinin atəşə tutulması maraqlı müşahidə yaradır”.

Elchi.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, beynəxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Feysbuk hesabında yazıb:

“Ermənistan ilk dəfə aktiv olaraq 2020-ci ildə Tovuzda cəbhə xəttini genişləndirməyə cəhd etmiş, nəticədə 27 sentyabrda müharibə başlamışdı.
İndi hücumların trayektoriyası dəyişib, Ermənistan Qarabağ xəttini özünün dövlət sərhədlərinə çəkməkdədir.
Bunun nəticəsi bizə nəyi deməyə əsas verir?

Ermənilər 10 noyabr razılaşmasını pozur.
-Görüşlərin nəticələrinə zərər vurur.
Azərbaycan əvvəliki səbəblər daxil özünün daxili ərazi vahidində müharibə imkanlarını başa çatdırıb.
Eyni səbəblər BMT 51-ci maddə ilə sərhədlərə daşıb.
Bu, atəşkəs pozmaları sərhəddə müharibəyə və Azərbaycanən təhlükəsizıliyi təmin etməsi üçün müdaxiləyə əsas verir.
Bu müdaxilə çox şeyi – sülh müqaviləsini, kəndləri və dəhlizi həll edə bilər.
Əmin deyiləm, amma ora gedirik kimi görürəm”.

Şayəstə