Ermənistan ordusu təxribata hazırlaşır

4

Ermənistan ordusunda təxribata hazırlıq prosesi gedir.

Elchi.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev özünün Feysbuk səhifəsində yazıb.

“Ermənistanın Laçın və Kəlbəcərlə sərhəddə yerləşən hərbi hissələri 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib. Paşinyanın Soçi səfəri zamanı ona müxalif olan generalların növbəti dəfə atəşkəsi pozmağa cəhd göstərəcəkləri istisna edilmir”, – ekspert qeyd edib.