“Ermənistan inkişaf istəyirsə, Azərbaycanla əməkdaşlığa başlamaldır” – Kalaşnikov

1

“Mən hər zaman – Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi həllinə nail olmazdan əvvəl də demişəm ki, bu məsələni yalnız Rusiya, Azərbaycan və Ermənistan liderləri həll edə bilər. Qarabağla əlaqəli kontakt qrup deyil, məhz üç lider.. İndi isə görürük ki, həll prosesi eyni trayektoriya ilə davam edir, qalanları isə yalnız prosesə əlavə siyasi gərginlik gətirə bilər”. Bunu Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

İqtisadi sahədə əldə edilən razılaşmalardan danışan Kalaşnikov deyib ki, bu gün Ermənistanda yaşamaq çətindir, insanlar ölkədən gedirlər, maaşlar aşağıdır:

“Niyə? Əvvəla ona görə ki, Qarabağ münaqişəsi üzündən ölkə blokada şəraitinə düşdü. Bu problemin həlli üçün ərazilərlə bağlı əsas məsələni həll etmək lazım idi. Mənə elə gəlir ki, indi həll iqtisadi sərhədlərin açılması xətti ilə davam edir. Ermənistanın sərbəst, qarşılıqlı faydalı inkişafa ehtiyacı varsa, təbii ki, iqtisadiyyatın blokdan çıxarılması lazımdır. İqtisadiyyatın blokdan çıxarılması sərhədlərin, insanlar, ticarət üçün yolların açılması deməkdir.

Mənə elə gəlir ki, bu, həm Ermənistan, həm də Azərbaycan üçün faydalı olacaqdır. Məsələnin dərhal həll olunmayacağı məntiqə uyğundur, amma üç liderin bu barədə razılığa gəlməsi, konkret praktik qərarlar qəbul etməsi çox müsbətdir”.

Rusiyalı deputat Paşinyanın Qarabağ münaqişəsinin hələ başa çatmaması barədə fikrilərinə də toxunub. Onun sözlərinə görə, Ermənistanın bu münaqişədə məğlub olduğunu nəzərə alsaq, Nikol Paşinyanın çətin anlar yaşadığı aydındır:

“Seçicilərinə, xalqına görə müəyyən bir ritorikaya sadiq qalmalıdır. Putin və Əliyevin mövqelərinin daha güclü göründüyü aydındır. Və bu baxımdan Paşinyanın geriyə baxmaq cəhdini başa düşmək olar. Müəyyən bir siyasi oyunda qalmağa çalışır. Həm Putin, həm də Əliyev bunu başa düşür, ona görə də xalqlarına nəsə izah etməyə ehtiyac qalmır. Onlar başa düşürlər ki, erməni xalqı sülh müqaviləsinin gətirdiyi faydaları başa düşmək üçün zamana ehtiyac duyur. Bəyanatlar öz ölkələrindəki vəziyyət nəzərə alınmaqla verilir”.