Ermənisatnın müdafiə naziri Kəlbəcərlə sərhədə gəldi

52

Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün səhər tezdən Azərbaycanın Kəlbəcər tayonu ilə sərhəddə yerləşən Geqarkunik vilayətinə gəlib.

Elchi.az “Hraparak”a istinadən xəbər verir ki, Suren Papikyan Ermənistan ordusunun Geqarkunikdəki mövqelərinə baş çəkib, oradan Azərbaycan Silahlı Qüvvələrinin döyüş postlarını izləyib..

Nazirin yüksək rütbəli hərbçilərlə görüşdüyü, onlarla bəzi hərbi məsələləri müzakirə etdiyi bildirilir.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri son vaxtlar Kəlbəcəri hədəf seçərək, dövlət sərhədinin bu istiqamətində tez-tez təxribatlara cəhd edir, Azərbaycan Ordusnun mövqelərini atəşə tuturlar.