“Ermənilərin ağılları başlarına gəlməyib, toparlanıb bizə qarşı müharibə…”-Politoloq

55

“Qarabağ separatçıları bu gün “müstəqilliklərinin” 31 illiyini qeyd edirlər. Matəm içindədilər, keçmiş illərdəki atəşfəşanlıq, açıq havada yeyib-içmək məclisləri yoxdur. Buna baxmayaraq, müraciətlərində “intiqam” ab-havası var”.

Elchi.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Feysbuk hesabında qeyd edib:

“Ermənistanın baş nazir Nikol Paşanyanın və eks-prezidentlər Robert Köçəryanın, Serj Sərkisyanın “müstəqilliklə” bağlı müraciətlərini müqayisə etdim. Ən qısa müraciət Robert Köçəryana məxsusdur: “31 il əvvəl olduğu kimi Artsaxın müstəqilliyini qorumaq üçün mümkün olan və olmayan hər şeyi etməliyik”. Onun sələfi Serj Sərkisyan daha təxribatçı müraciət yayıb. O “Artsaxı” “düşmənə” təhvil verən hakimiyyətin xalqı satdığını və ermənilərin ayağa qalxması gərəkliyini yazıb. Nikol Paşinyan da müraciətinə böyük yalanla başlayıb. Yazıb ki, guya Qarabağda “müstəqillik” uğrunda hərəkat Bakıda, Sumqaytda və “Kirovobadda” ermənilərin öldürülməsindən sonra başlayıb. Yəni guya Qarabağ erməniləri özlərini qorumaq üçün 31 il əvvəl “müstəqilliklərini” elan ediblər. Halbuki, Qarabağ erməniləri separatizmə “müstəqilliklərini” elan etməmişdən əvvəl başlamışdılar, silahlanıb azərbaycanlıların yaşadığı kəndlərə hücum edirdilər. Paşinyan müraciətində “status” və Minsk qrupunun “fəaliyyətini” qabartmağa çalışır. Halbuki, o Moskva və Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlərdə Qarabağ və Minsk qrupundan danışa bilmir.
Bu müraciətlərdən gəlinən qənaət budur ki, ağılları başlarına gəlməyib, toparlanıb bizə qarşı müharibə edə biləcəklərini güman edirlər. Komandolarımızın sayını artırmalıyıq…”.

Yeganə