Ermənilər Laçının bu kəndindən ÇIXARILIR

44

Laçın rayonunun Zabux kəndində yaşayan ermənilər bu ayın sonuna qədər ərazini tərk etməlidir.

Elchi.az xəbər verir ki, bu barədə Zabux kəndindəki qondarma “Aqavno” icmasının “rəhbəri” Andranik Çavuşyan bildirib.

Onun sözlərinə görə, ermənilərə kənddən çıxmaları üçün avqustun 25-nə qədər vaxt verilib.

Qondarma rejimin “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan da Zabuxda olub. O, sakinlərə kəndi tərk etmələri barədə xəbərdarlıq edib.