Ermənilərə işləyən iranlı general: Azərbaycana aid hərbi məntəqələrin yerlərini…

56

“İran mediasının iddiasına görə “birinci Qarabağ müharibəsində İran generalı Mənsur Həqiqətpur kimi komandirlərinin dəstəyi olmasaydı, Ermənistan Bakını da ələ keçirərdi.
Xub, bəs bu şəxs kimdir?
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini, general Mənsur Həqiqətpurla bağlı Azərbaycanda cinayət işi qaldırılıb və o, bizim ölkənin ərazisinə daxil olduğu halda həbs ediləcək”.

Elchi.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli FB hesabında məlumat verib.

O, qeyd edib ki, İran ordusunun generalı olan M. Həqiqətpur 1993-cü ildə Azərbaycanda fəaliyyət göstərib:

“O bizim hərbi hissələrə gedərək Azərbaycana aid hərbi məntəqələrin yerlərini müəyyənləşdirib və gizli ermənilərə ötürüb.
Bununla bağlı 1994-cü ildə Azərbaycanın Milli Təhlükəsizlik Naziriyində cinayət işi qaldırılıb. Ona görə də Həqiqətpur Azərbaycana gələ bilmir, çünki gəldiyi təqdirdə həbs olunacaq. Azərbaycan Müdafiə Nazirliyinin o vaxtkı rəhbərliyi onu maşınla da təmin edib.
Həqiqətpur o vaxt İranın burada səlahiyyətli hərbi nümayəndəsi olub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı, peşəkar kəşfiyyatçıdır. Həqiqətpur Bakının “8-ci kilometr” ərazisində Naxçıvani küçəsi, ev 38 a, mənzil 36-nı 1992-ci il mayın 27-dən kirayələyib, məlumatları da oradan ötürüb.
“QAZ 31” və “Niva” markalı, c 01 57 az nömrəli maşında gəziblər.
O vaxt onunla çalışan insanların izahatları da var, xeyli fakt toplanıb. Onların arasında Azərbaycanın bəzi regionundan, o cümlədən Nardarandan olanlar da var. Onları özü ilə İrana aparıb gətirirmiş. Həmin şəxslər özləri də etiraf edirlər ki, o vaxt Həqiqətpurun dəstəsi İranda onlara təlim keçəndə o təlimlərdə ermənilər də iştirak ediblər. Təlimlər isə Azərbaycana qarşı təxribatlar həyata keçirməkdən ibarət olub”.

Yeganə