Erməni nazirin Bakı ilə əlaqəsi – Qalustyan

2

Ermənistanın hazırkı müdafiə naziri Vaqarşak Arutyunyandır. Axı o, istənilən halda, heç də erməni hərbçisi deyil. Əksinə, hətta Azərbaycanın hərbi qulluqçusudur. Çünki Arutyunyan Bakıda yerləşən S.M.Kirov adına Xəzər Ali Hərbi Dəniz Məktəbinin məzunudur.

Elchi.az xəbər verir ki, bu sözlərlə erməni siyasi icmalçı Qraçya Qalustyan çıxış edib.

Onun sözlərinə görə, Bakıda məktəbi bitirdikdən sonra Arutyunyan 1990-cı ilə qədər SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub.

“1991-ci ildə N.Q.Kuznetsov adına Hərbi Dəniz Akademiyasını, 1998-ci ildə isə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (Moskva) bitirib. Yəni məhz Bakı, SSRİ, sonra isə Rusiya bu adamı formalaşdırıb”, – deyə erməni ekspert vurğulayıb.

Qalustyan qeyd edib ki, Arutyunyanın keçmişi onun İrəvandakı növbəti nitqlərində öz təzahürünü tapıb:

“O bildirib ki, Ermənistan tərəfi Gümrüdəki Rusiyanın 102-ci hərbi bazasının potensialının genişləndirilməsində və artırılmasında maraqlıdır. Bəs o, “erməni tərəfi” ifadəsi altında nəyi nəzərdə tutur? Qeyd edim ki, Ermənistan əhalisinin böyük əksəriyyəti ərazimizdə Rusiyanın hərbi bazasının olmasının əleyhinə çıxır”.