Erməni deputatdan şok: Azərbaycan xalqının da…

55

Azərbaycanlılarla uzunmüddətli düşmənçiliyin qızışdırılması Ermənistan və ümumiyyətlə bütün erməni xalqı üçün bir tələdir.
Elchi.az xəbər verir ki, bu fikirləri Ermənistan Milli Məclisinin “Mülki müqavilə” fraksiyasının deputatı Arsen Torosyan bildirib.
“Biz düşmənçiliyi qızışdırmamalıyıq. Biz illərdir “artsax” ideyası ilə yaşadıq. Bunu bizim beynimizə soxdular. Amma 30 il ərzində “artsax”ın müstəqilliyinə nail olunmamış, əvvəlki illərdə uğursuzluğa düçar olmuşuq. Bu fikir özünüaldatma idi. Ermənistanın “dqr”in müstəqilliyini tanımaq şansı yoxdur və heç vaxt olmayıb. Biz yavaşlamış minanın üzərində durmuşuq… İndi bizə şans verilib – ya böyük partlayışın qurbanı oluruq, ya da münaqişəni həll edirik. Bunun üçün müharibə və hərbi münaqişə içində 30 il yaşayan erməni və Azərbaycan xalqlarının yaralarını müalicə etmək lazımdır. Artıq ağıllanmaq vaxtıdır…” – deyə erməni deputat qeyd edib.