Eldar Əzizov prezidentin tapşırığını saymadı: “Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir” – FOTO+VİDEO

19

eldar1Son vaxtlar məmurların “ağac qətliamıarı” haqda tez-tez məlumatlar yayılır. Bu prosesdə öndə olan icra başçılarından biri də Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovdur. Gəncədən Sumqayıta transfer olunduqdan sonra E.Əzizovun “gənclər şəhəri”ndəki əməlləri sırasında kütləvi ağac kəsimi, parkların və səkilərin obyekt yerləri kimi satışa çıxarılması xüsusilə diqqət çəkir.

Eldar Əzizovun Sumqayıt şəhərinə rəhbərlik etdiyi ötən müddət ərzində Cəfər Cabbarlı adına Mədəniyyət Evinin yanında, 1-ci məhəllədə, Nəsimi adına parkda, Nəriman Nərimanov küçəsində “Sumqayıt” şadlıq evinin yanında, mərkəzi kitabxananın qarşısında, Azərbaycan prospektində və başqa yerlərdə ağaclar kəsilib. Biz cumhuriyyet.az olaraq bu məsələ ilə bağlı araşdırmalarımız zamanı xeyli sayda məlumatlar əldə etdik. Amma ilk olaraq “ekoloji genosid” haqda ölkə rəhbərliyinin mövqeyini nəzərdən keçirmək istərdik. Azərbaycan prezidenti İlham Əliyev təxminən bir il öncə, aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasıda deyirdi: “Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”. Prezidentin vicdansızlıq, biabırçılıq və cinayət adlandırdığı əməlin Eldar Əzizovun idarəçiliyi altında necə baş verməsini cumhuriyyet.az aşağıdakı fotolarda diqqətinizə çatdırır.

sum1sum2sum3sum4

sum7

Bu şəkillər Sumqayıt şəhərinin müxtəlif yerlərində və müxtəlif vaxtlarsa çəkilib. Amma bütün bunlar E.Əzizovun Sumqayıtdakı “yaşıl soyqırımı”nın hamısı deyil sadəcə bir neçə faktlardır. Onu da qeyd edək ki, bütün bu proses sırf şəxsi maraqlar, daha dəqiq desək maddi qazanc məqsədi ilə həyata keçirilir. Bunun təsdiqi olaraq, cumhuriyyet.az Sumqayıt şəhərində 36-cı məhəllədə 20 yanvar küçəsində yerləşən 8 və 9 nömrəli yaşayış binaları arasında piyadaların gedişi üçün nəzərdə tutulmuş səkinin üzərində artıq istifadəyə verilmiş ikimərtəbəli obyektin tikinti prosesində çəkilmiş fotonu da diqqətinizə çatdırır.

sum9

ss

 

 

 

 

 

Beləliklə, səki ilə getməli olan piyadalar isə bu əngəli aşmaq məqsədilə həyatlarını təhlükəyə atıb məcburən maşın yoluna çıxaraq yollarına davam edəsi olurlar. Kəsilən isə sadəcə piyadaların yolu deyil – qazanc mənbəyi məqsədilə tikilən obyektin yolunda bir neçə ağac da qurban kəsilib. Ortaya maraqlı sual çıxır – bu və ümumiyyətlə, ağacların kəsilməsi ilə müşayət olunan obyektlərin Sumqayıt şəhərində tikilməsinə kim icazə verir? Sumqayıt şəhər İcra Hakimiyyətinini və şəxsən Eldar müəllimin icazəsi olmadan belə bir işin həyata keçirilməsi mümkün görünmür. Amma bütün bunların qarşılığında Gənclər şəhərinin qocaman rəhbəri ictimaiyyətə başqa məlumatlar sırıyır.

Nə qədər maraqlı olsa da, prezidentin qətiyyətlə pislədiyi bir əmələ imza atan icra başçısını bu işə bir başa məsul olan qurumun – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı müdafiə edir. Özü də məntiqə və reallığa sığmayan bir şəkildə.  Məsələ burasındadır ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin sektor müdiri Mayıl Dostuyev Sumqayıtda ağac kəsilməsi hallarına münasibət bildirərib və necə deyərlər “gül vurub”. Onun fikirlərinə diqqət edək: “Sumqayıtda əvvəllər bir neçə ağac kəsilməsi faktları mövcud olub. Bu işin təşkilatçıları barədə müvafiq qanuni tədbirlər görülüb və onlar öz cəzalarını alıblar. Son zamanlar Sumqayıtda ağac kəsilməsi və ya yaşıllıqların məhv edilməsi faktları mövcud deyil. Son illər Sumqayıtda on minlərlə ağac əkilib, yaşıllıq zolaqları, qazonlar salınıb, şəhərdə olmayan yeni ağac və kol növləri gətirilib.” Yəqin ki Sumqayıtda on minlərlə ağac əkilməsi haqda məlumatı Sumqayıt sakinləri eşitsə bütün sosial problemlərini unudub gülümsəyər. Çünki, on minlərlə ağac əkilibsə bu azında hektarlarla ərazi deməkdir və Sumqayıtda tikilən hündürmərtəbəli binaların və bəzi obyeklərin sənədi kimi bunu seyfdə gizlətmək olmaz. Bu qədər ərazini və ağacı Sumqayıt sakinləri də görməliydi. O ki qaldı əvvəllər baş verənlər haqda tədbir görülüb indi vəziyyətin düzəlməsinə. İndiki durum haqda da videosüjeti diqqətinizə çatdırır və bildiririk ki, Sumqayıtdakı “yaşıl soyqırım” haqda araşdırmalarımızı davam etdirəcəyik.