DYP-nin 403-cü otaq əfsanəsi və ya yığılan milyonlar hara gedir…

143

 

 

 

 

 

Bütün sürücülərin baş ağrısı, Azərbaycan qanunlarının işləmədiyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidməti (MMX) və onun rəhbəri Vahid Nuriyev hamını radara salmağı bacarsa da, nədənsə özləri qanunun “radarına” düşmürlər. Elə bir sürücü tapılmaz ki, MMX-nın əfsanəvi 403-cü otağının “müştərisi” olmasın və burada baş verən qanunsuzluqlardan öz payını almasın. Daha doğrusu öz payını verməsin. Sürücülərin “pul körpüsünə” çevrilən 403-cü otaqda hər gün dövlət büdcəsindən yüz minlərlə manat pul yayındırılır. “Yazıya pozu yoxdur” deyiblər, amma bu atalar sözü də 403-cü otaqda öz kəsərini itirir. Çünki, MMX-nın 403-cü otağı məhz yazılanları pozmaq üçün fəaliyyət göstərir.

Mətbuatda gedən məlumatlara görə, Mərkəzi Məlumat Xidməti qeyri-qanuni pul toplamaları üçün xüsusi mexanizm hazırlayıb. Belə ki, radara düşən sürücüyə elektron protokol tərtib olunaraq yaşadığı ünvanına göndərilir. Amma, əksər hallarda cəriməni ödəmək istəyən sürücülər süni maneələrlə üzləşirlər. Belə ki, banka gedib cəriməni ödəmək istəyən sürücüyə bildirilir ki, cərimə sistemə vurulmayıb. Cərimə sistemə vurlmayıbsa deməli ödəyə bilməzsən, baxmayaraq ki, əlində ünvanına gəlmiş elektron protokol var.

Başqa bir variantda isə sürücülər az qala bir ili tamam olan, hətta bir ildən də artıq müddət keçmiş MMX radarlara görə saxlanılır və maşın cərimə meydançasına aparılır. Araşdırma nəticəsində məlum olur ki, sürücünün MMX-dan xəbəri yoxdur və ona heç bir məktub xəbərdarlıq göndərilməyib. Sürücülər inspektordan protokolun çap edilməsini tələb etsələr də buna nail ola bilmirlər. Sürücülər özləri DYP-nin saytına girib yoxlayandada orada heç bir cərimə görmürlər. Arxayın olan sürücü birdə DYP inspektoru onu saxlayıb cərimə meydançasına aparanda bilir ki, onun cəriməsi var və cəriməni ödəmədiyi üçün cəzalandırılıb.

Belə olan halda isə əlacsız qalan sürücülər Baş Dövlət Yol Polis İdarəsinə və oradada 403-cü otağa üz tutmağa məcbur olurlar. Buranın isə isə öz qanunları var, Azərbaycan qanunları keçərsizdir. Odur ki, toplanan pulların da Azərbaycan dövlətinə, onun xəzinəsinə heç bir aidiyyatı yoxdur.
Vətəndaşlar 403-cü otağın qarşısında toplaşaraq növbələırini gözlədikləri zaman ortada gəzən 2-3 nəfər əməkdaşlar gözə dəyir. Onlarda növbədən qıraqda dayanmış “xüsusi” klientləri və birdə onlara “privat” müraciət edənlərə qulluq edirlər.
İçəridə isə səni fakt qarşısında qoyaraq pul kisənin yüngüllüəşdirilməsinə kömək edən, DYP- işçisi və onun operator köməkçiləri var.

Əslində aydındır ki, DYP daxilində qurulmuş bu sistem cərimə pullarının bank vasitəsilə ödənilməsinə yaradılan maneələrin bir məqsədi var- sürücülərdən toplanan böyük məbləğdə pulların şəxsi ciblərə getməsini təmin etmək. Əgər belə lmasa idi heç olmasa bir sürücü 403-cü otaqdan ödədiyi cəriməni təsdiqləyən qəbz alardı. Beləliklə bütün gətirdiyimiz arqumentlər onu göstərir ki, bu maneələrin yaradılmasının bir məqsədi var, cərimələr kimlərinsə cibinə getsin. MMX-nin rəhbəri isə Vahid Nuriyevdir və o deyəsən 403-cü otağı özünün şəxsi biznes strukturuna çevirib. Sürücülər burada dövlətin xəzinəsinə deyil, V. Nuriyevin xüsusi “xəzinəsinə” pul ödəyirlər. Özü də bağlı qapılar arxasında, piyada vəziyyətdə. 403-cü otaqda hər gün yüz minlərlə manat daxil olsada, bir nəfərdədə qürrələnə bilməz ki, o ödədiyinin əvəzinə qəbz ala bilib. Bu isə büdcədən yayındırılan milyonlarla manat vəsait deməkdir. Görünür MMX-ni şəxsi obyektinə çevirən, heç bir qanuna məhəl qoymayan Vahid Nuriyev və 403-cü otaqda əyləşənlər üçün üçün nə ölkə başçısının, nə də Daxili İşlər nazirinin dedikləri heç bir əhəmiyyət daşımır.

Bir qədər əvvəl mətbuatda gedən bu səpkidə yazıları oxuyandan sonra fikirləşirdik ki, işlər düzələr və 403 -cü otaq məvhumu aradan qaldırılar. lakin apardığımız müşahidələr göstərdi ki, heç nə dəyişməyib. Əvvəlki növbə, əvvəlki bağlı qapılar arxasında gedən pul alma əməliyyatı və bağlı qapılar arxasından çıxan üzlərində bəziləri kədərli, bəziləri isə sevinc ifadələri ilə otağı tərk edən “müştəri” lər.
Bəli sevinc ifadəsii ilə çəxanlarada rast gəldik. Onlar “xüsusi” kateqoriyalı müştərilərdir.

Bizi izləyin..
Qarşı tərəfində fikirlərini öyrənməyə hazırıq!