Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.Bu barədə Elchi.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səhər saat 07.50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb.