Düşmənin atəş məntəqələri məhv edilir – Rəsmi

36

Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.

Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir:

“Əməliyyat şəraiti ordumuzun nəzarətindədir”.