Dünyanın hər yerində belədir – AMEA-dan AzTV-yə CAVAB

40

AzTV Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyəti barədə süjet hazırlayıb. Süjetdə qurumun fəaliyyəti sərt şəkildə tənqid olunub.

“Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib” adlı sujet sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olub. Müzakirələrdə AzTV-nin AMEA-ya ünvanlanan sərt tənqidlərinin haqlı olduğu, Akademiyanın fəaliyyətinin Azərbaycan cəmiyyətinə fayda vermədiyi bildirilir.

Tənqidlərə münasibət öyrənmək üçün AMEA-nın mətbuat xidməti ilə əlaqə saxladıq.

Elchi.az xəbər verir ki, mətbuat katibi Azadə Balayeva Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası haqqında səslənən iradlara şərh verməyə əsas olmadığını deyib.

“AMEA-da qoca da, cavan da var. Süjet subyektivdir. Bu məsələni şərh etməyə xüsusi bir əsas görmürəm. Dünyanın hər yerində yaşlı elm adamları var”, – deyə A.Balayeva vurğulayıb.

Həmçinin oxuyun: