Dünyanın gələcək mənzərəsi: Regionda və dünyada baş verənlər

47

“Son dövrlər regionda və dünyada baş verən proseslər onu göstərir ki, yaxın zamanlarda həm siyasi, həm iqtisadi, həm təhlükəsizlik, həm də sağlamlıqla bağlı dünyada elə proseslər baş verəcək ki, həmin proseslər dünyanın siyasi mənzərəsini tamamilə dəyişdirəcək. Əlbəttə Azərbaycan yaxşı mənada bu dəyişimdən öz payını almış olacaq”.

Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Samir Hümbətov FB hesabında qeyd edib:

“Nəzər alsaq ki, İranda hicab aksiyalarının ölkəni bürüməsi, Rusiyada səfərbəliyə etiraz aksiyalarının ölkəni bürüməsi, Avropanın rus qanından əlinin üzülməsi və Azərbaycan qazına ümidli olması, Ermənistanda Paşinyan komandasının Rusiyadan üz döndərib qərbə çevrilməsi, Rusiyanın Ukraynada saxta referendum keçirmək istəməsi, Çinin Bir Kəmər Bir Yol layihəsinin həyata keçirmək üçün ciddi səylər göstərməsi, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçrilən Sammitinə Azərbaycan və Türkiyə liderləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın xüsusi qonaq qismində Özbəkistan prezidenti cənab Şövkət Mirzoyev tərəfindən dəvət edilməsi, Nensi Pelosinin Ermənistana səfər etməsi və digər hadisələri diqqətlə təhlil etdikdə dünyanın gələcək mənzərəsinin nədən ibarət ola biləcəyini anlamaq çətin olmur”.

Şayəstə