“Dünyanın ən bədbəxt xalqlarından biri çeçenlərdir”-Ekspert

56

“Çeçenlər… Çox tez-tez bu milləti anırıq, adını eşidirik. Dünyanın ən bədbəxt xalqlarından biridir. Həmişə kimlərəsə görə, hansısa millətlərin dövlətləri üçün vuruşublar. Bəzi hallarda isə, başqalarına qarşı yox, elə özləri özlərini öldürüb”.

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Feysbuk hesabında bildirib.

Onun sözlərinə görə, elə bu gün də eynisi yaşanır:

“Ruslara qarşı olan mücahid çeçenlər Ukraynada legioner qismində, Rusiyanı dəstəkləyənlər isə, rus ordusunun tərkibində işğal üçün döyüşürlər. Bəzən çeçenlərin əfsanəvi döyüşlərinin nağıllaşdırılmış formada eşidib, duyuruq, ancaq görünən odur ki, nağıllardakı çeçenlər heç olmayıb. Mifik obraz idi və adamlar bir-birini qorumaq üçün ölmürlərmiş. Əksinə, elə yuxarıdakı örnəkdə olduğu kimi biri ukraynalılar, digəri ruslar üçün bir-birini öldürür…”.

Yeganə