Dünyada yoluxma sayı 570 milyon nəfəri ötdü

47

Dünyada bu günədək koronavirusa yoluxanların sayı 570 milyon nəfəri ötüb.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd olunub ki, yoluxma sayına görə, ilk üçlükdə ABŞ, Hindistan və Braziliya yer alıb. ABŞ-da indiyədək COVID-19-a yoluxanların sayı 90 milyon nəfəri, ölənlərin sayı isə 1 milyon nəfəri ötüb.

Bundan əlavə, Hindistanda yoluxanların sayı 44 milyona, Braziliyada 34 milyona çatıb.