Dünya bazarlarında neftin qiyməti azalıb

22

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,62 azalaraq 1 barelə görə 102,56 dollar təşkil edib.

Elchi.az-ın məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti 0,77% azalaraq 93,97 dollar təşkil edib.