Dünya Bankının Trast Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ukrayna büdcəsinə 1.7 milyard dollar qrant yardımı ayırıb.
Bu barədə Ukrayna Baş naziri Denis Şmiqal “Twitter”də bildirib.
“Bu, ABŞ-ın son iki həftədə verdiyi ikinci qrantdır, yardımın ümumi məbləği 3 milyard dollardır. İnanılmaz dəstəyə görə ABŞ Prezidenti Co Baydenə minnətdarıq”, – Ukrayna Baş naziri qeyd edib.
Qrant yardımı geri qaytarılmayan əsaslarla Ukraynanın dövlət büdcəsinə daxil edilir, vəsait tibbi zəmanət proqramı çərçivəsində ölkədə tibbi xidmətlərin ödənilməsi üçün dövlət büdcəsinin xərclərinin həyata keçirilməsinə yönəldiləcək.
Ermənistandan Ankaraya zəng: O, Türkiyənin vasitəçiliyi ilə azad oluna bilər
Ermənistan rəsmiləri Ankaraya zəng edərək “Azərbaycanda olan əsirlərimiz Türkiyənin vasitəçiliyi ilə azad oluna bilər” deyiblər. Elchi.az bu barədə “İHA”ya istinadən...