Bakıda loqopedik mərkəzdə azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
Elchi.az Baku TV-yə istinadən xəbər verir ki, yayılan görüntülərin metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində qeydə alındığı bildirilir.
Azyaşlının anası Səbinə Qasımova mediaya açıqlamasında qeyd edib ki, övladının bədəninin müxtəlif nahiyələrində yaralar olduğunu görüb. Oğlundan səbəbini soruşanda isə məlum olub ki, azyaşlıya mərkəzin psixoloqu tərəfindən şiddət göstərilib.
Azyaşlının valideyni videodakı psixoloqun kimliyinə də aydınlıq gətirib.
Daha ətraflı Baku TV-nin süjetində:
Şahdağa sulu qar yağdı
Aprelin 23-ü saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Bu barədə...