Direktora xəsarət yetirildi: polisə müraciət etdi – Video

46

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov tərəfindən Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktor polisə müraciət edib.

Elchi.az Oxu.az-a istinadən xəbər verir ki, Günay Hacıyeva təyinatdan sonra ona qarşı zorakılıq edən musiqi məktəbinin müəllimlərindən polisə şikayət edib.

O, etiraz zamanı xəsarət aldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Günay Hacıyeva direktoru olduğu məktəbin müəllimləri tərəfindən ona xəsarət yetirilməsi ilə bağlı Göyçay Rayon Polis Şöbəsinə müraciət edib:

“İlkin olaraq xəsarətlərin dərəcəsinin müəyyən olunması məqsədilə müvafiq ekspertizalar təyin olunub. Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimi kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Musiqi məktəbinin kollektivi toplaşaraq yeni təyinata qarşı etiraz edib.

https://player.baku.tv/embed/60051