Deputatdan DİM sədrinə sual

53

“Məleykə Abbaszadə deyib: “Bu il ilk dəfədir ki, BDU-nun Riyaziyyat müəllimliyi ixtisası üzrə keçid balı həmin universitetin Hüquq fakültəsinin keçid balından daha yüksəkdir”.
Rəqəmlər nə deyir:
Riyaziyyat müəllimliyinin plan yeri 140 nəfər;
Hüquq fakültəsinin plan yeri 320 nəfərdir.
I qrupda 530-dan yuxarı bal toplayanların sayı 2313 nəfər;
III qrupda 530-dan yuxarı bal toplayanların sayı 1387 nəfərdir.
Dostlardan biri belə bir sual qoymuşdu: riyaziyyat dəbə minir, hüquq hörmətdən düşür?”.

Elchi.az xəbər verir ki, bu barədə millət vəkili, təhsil eksperti Etibar Məmmədov FB hesabında məlumat verib:

“Yenə sadə bir yanaşma: son 20 ilin mənzərəsinə baxın. Riyaziyyat müəllimliyini 2-ci ixtisas kimi seçənlərin sayı nə qədərdir?
Hüquq ixtisasını seçənlərin sayı nə qədərdir? 1:100 nisbəti olsa bunu əla nəticə saymaq olar. Mən hələ eşitməmişəm ki, kimsə 2-ci ixtisas kimi Fizika və Riyaziyyat müəllimliyini seçsin.
P.S. Riyaziyyat ixtisasına isə Dövlət sifarişinə keçid balı 375 olub. Bunun özü də paradoks deyilmi, hörmətli Məleykə xanım”.

Yeganə