“Təhsildəki bir neçə ciddi məsələ barədə yazı yazdım. Nazirin tapşırığı ilə bunların yalnız birinə, əcnəbi tələbələrin təhsili ilə bağlı məsələyə cavab verməyə çalışdılar”.
Elchi.az xəbər verir ki, bu barədə millət vəkili, təhsil üzrə eskpert Etibar Əliyev FB hesabında qeyd edib:
“Əvvəllər olduğu kimi dünən də Elm və Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov ictimaiyyəti çaşdırdı. Yalan danışdı. Dedi ki, Əcnəbi tələbələrin qəbulunda Ali məktəblər müstəqildir. Əslində ya Nazir ya da Beynəlxalq əlaqələr şöbəsi bu sualın cavabını verməli idi. Nazir müavinləri isə tam səlahiyyətsiz olduqlarından bu məsələni də C. Valehovun üstünə yıxdılar o isə yalan danışmağa məcbur oldu. Bir daha izah edirəm, Azərbaycana təhsil almağa gəlmək istəyən əcnəbu tələbələr Elm və Təhsil Nazirliyinin müvafiq portalından qeydiyyatdan keçməsə Ali məktəblər onları qəbul edə bilməzlər. Dəhşət burasıdır ki, portal Azərbaycan dilindədir. Həmin portaldan qeydiyyatdan keçməyən tələbəyə viza verilmir. Bunu necə danmaq olar. Jurnalistlər bu barədə Dövlət Miqrasiya Xidmətinə sorğu verə bilərlər…
C. Valehov əcnəbi tələbələrin sayını da yanlış söylədi. Böyük Universitetlərə gələn əcnəbi tələbələrin sayı 400 nəfərə çatmır. İkincisi, 2500-dən çox tələbə isə (əsasən İrandan və Türkiyədən) Tibb Universitetinə qəbul olunub. Məqsəd də bəlli…
Əslində nazirliyi bu cür məqamları danmaqda məqsədi nədir? Əsas məqsəd portallara xərclənən milyonlarla manat vəsaitin üstünü ört-basdır etməkdir. Müvafiq qurumlar təhsilin İnformasiyalaşdırılması İdarəsinin bu işlərə sildiyi milyonlarla manat vəsaitin haqq-hesabını çəkilməlidir.
P.S. İlərdir “Elekron məktəblər” deyib car çəkirlər, hələ onu görən bir nəfər də olmayıb. Cəsarətə tapşıriq olsa bu faktı da danar”.
Yeganə