“Son gərginliklər fonunda dünən Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş baş tutdu. Mətbuata yayılan açıqlamalardan belə bir qənaətə gəlmək olar ki, görüşdə konkret qərarlar qəbul edilməmiş, bundan sonrakı görüşlərdə məhz konkret işlər üzrə işçi qruplarının fəaliyyəti nəzərdə tutulmayıb”.
Elchi.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov FB hesabında bildirib:
“Xatırladım ki, 2020-ci ilin Üçtərəfli Bəyanatından sonrakı Moskva, Brüssel və Soçi görüşlərində demarkasiya və Zəngəzurla bağlı işçi qruplarının görüşləri nəzərdə tutulsa da, birinci məsələ ilə bağlı hələ də ortada konkret iş prosesi yoxdur, xəritələr bəlli deyil. Zəngəzurla bağlı Overçukun son açıqlaması da onu göstərir ki, bu məsələdə də Azərbaycanın hər iki tərəflə fikir ayrılıqları var. Overçuk öz açıqlamasında Ermənistanın xətt üzərində tam suverenliyindən danışıb. Qeyd edim ki, Zəngəzurla bağlı Vaşinqton və Brüssel yolun Ermənistandan keçən hissəsinin Rusiya orqanları tərəfindən kurasiya olunmasına qarşıdır. Qarabağla bağlı da Kreml və Ağ ev arasında fikirlər fərqlidir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq rəsmi Bakı Azərbaycan və Ermənistan arasında ziddiyyət doğuran məsələlərin həllinin uzanmasını nəzərə alaraq – sülh müqaviləsi bağlamağı əsas məqsəd kimi görür. Əlbəttə ki, Azərbaycan haqlıdır. Hamıya məlumdur ki, həm sərhədyanı ərazilərdə, həm də Qarabağın dağlıq hissəsində baş verən toqquşmaların əsl səbəbi Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Sərhədlərin tanınması və demarkasiya xəttinin çəkilməsinin uzadılması isə, gələcəkdə müharibələrin riskini kifayət qədər artırır.
Yaxın perspektivdə Paşinyanın Rusiya faktorunu nəzərə alaraq 2- 3 il müddətdə vaxtı aparmasına şahidlik edəcəyimiz istisna deyil. Bizim üçün isə, indi ən yaxşı vaxtdır. Türkiyədə və Rusiyadakı siyasi hakimiyyətlər baxımından…”.
Yeganə