DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

56

Futbol üzrə dünya çempionatı tarixdə ilk dəfə üç qitədə keçirilə bilər.

Elchi.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı, Misir və Yunanıstan DÇ-2030-a ev sahibliyi üçün birgə sifariş vermək niyyətindədir.

Əgər mundial bu ölkələrə verilsə, DÇ-2022-də olduğu kimi yenə qışda keçiriləcək. Səudiyyə Ərəbistanı, Misir və Yunanıstan hökumətlərinin danışıqlarından sonra sifarişin hazırlanması qərara alınıb. Əgər bu sifariş qalib gəlsə, Səudiyyə Ərəbistanı digər iki ölkədə infrastruktur xərclərinin də bir hissəsini üzərinə götürəcək.

Qeyd edək ki, DÇ-2030-a Avropadan İspaniya ilə Portuqaliya, Cənubi Amerikadan Uruqvay, Argentina, Çili və Paraqvay birgə sifariş verib.