Daşqınlar Pakistana 12 milyard dollar ziyan vurdu

51

Pakistanda daşqınların vurduğu ziyan 10-12 milyard dollara çatır.

Elchi.az xəbər verir ki, bu barədə “Geo” kanalı hökumət nümayəndələrinə istinadla mətbuatı məlumat yayıb.

“Maliyyə Nazirliyi, Planlaşdırma Nazirliyi, Pakistan Dövlət Bankı, Federal Gəlirlər Şurası və digər qurumların nümayəndələrinin daxil olduğu yüksək səviyyəli komitə yoxsulluğun və işsizliyin 21,9%-dən 36 faizədək artdığını qeydə alıb”, – məlumatda qeyd oluunb.

Qeyd edilib ki, Pakistanda iyun ayından bəri davam edən musson yağışları və daşqınlar nəticəsində 1.3 minə yaxın insan ölüb, 2 mindən çoxu isə yaralanıb. Ölkənin böyük hissəsi, xüsusən də Bəlucistan, Xeybər-Paxtunxva və Sind əyalətləri su altında qalıb. 1,46 milyon ev yararsız hala düşüb, 736 min başdan çox mal-qara tələf olub.