Daha bir qazi intihara cəhd edib – FOTO

57

Xaçmaz rayonunda qazi intihara cəhd edib.

Elchi.az-ın məlumatına görə, hadisə rayonun Müzəffəroba kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayev özünü yaşadığı evdən asaraq intihara cəhd edib. Xoşbəxtlikdən ailə üzvləri onu xilas edə bilib.

İlkin ehtimala görə, intihara səbəb onun ailəsində yaranan problemləridir.