Daha bir ölkədə meymunçiçəyi aşkarlandı

74

Yeni Zelandiyada meymunçiçəyinə ilk yoluxma aşkar edilib.

Elchi.az xəbər verir ki, bu barədə ölkənin “Stuff News” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Oklend şəhərində 30 yaşlarında olan şəxsdə meymunçiçəyi virusu aşkarlanıb.

Açıqlamada bunun “ölkədə qeydə alınan ilk meymunçiçəyi halı” olduğu bildirilib.

Açıqlamada xarici səfərdən yeni qayıdan bu şəxsin vətənində təcrid olunduğu, sosial yoluxma əlamətinin olmadığı vurğulanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünyanın 39 ölkəsində 1600-dən çox yoluxma halı aşkarlanıb.