Daha bir ölkədə koronavirus aşkarlandı

3

Cənubi Afrika Respublikasında (CAR) koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Zveli Mkxize açıqlayıb.

Qeyd edək ki, koronavirus daha öncə Afrikanın Əlcəzair, Seneqal, Misir, Mərakeş, Nigeriya və Tunis kimi ölkələrində aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 86 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 609-a çatıb. Bunların 53 947 nəfəri sağalıb, 3 308 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.