Daha bir ölkə Ukraynaya T-72 tankları göndərdi

15

Şimali Makedoniya Müdafiə Nazirliyi T-72 tanklarının Ukraynaya təhvil verildiyini təsdiqləyib.

Elchi.az xəbər verir ki, bu barədə Serbiyanın milli televiziyası məlumat yayıb.

Məlumata görə, Şimali Makedoniya Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan texnikanın hərəkəti ilə bağlı görüntülərin həqiqiliyini təsdiqləyib. Nazirlik T-72 tanklarından ibarət karvanın Ukrayna istiqamətində hərəkət etdiyini qeyd edib.