Daha 13 ölkədən Azərbaycana uçuşlara icazə verildi

2

Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Bu barədə Axar.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

– Çin Xalq Respublikası;

– Estoniya Respublikası;

-.Finlandiya Respublikası;

– Fransa Respublikası;

– Honq-Konq (ÇXR);

– Xorvatiya Respublikası;

– İslandiya Respublikası;

– İtaliya Respublikası;

– Latviya Respublikası;

– Malayziya;

– Səudiyyə Ərəbistanı Krallığı;

– Yaponiya.