Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir.Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda müharibə kənardan müdaxilə nəticəsində baş verməyib: “Kiçik atışmalar dəfələrlə meydana gəlib. Nəticədə, bu, bir münaqişəyə çevrildi”.
Prezidentin sözlərinə görə, Rusiya sülhməramlılarının sayı münaqişə tərəfləri ilə razılaşdırılmaqla artırıla bilər.